Ərdoğan Səudiyyə Ərəbistanına səfər edəcək

Ərdoğan Səudiyyə Ərəbistanına səfər edəcək
Gündəm 28 Aprel 2022 16:00

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanına səfər edəcək.

“Qafqazinfo” “Əl Cəzirə”yə istinadən xəbər verir ki, Ərdoğan səfər çərçivəsində ölkənin vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşəcək.

Bildirilir ki, bu görüş 2018-ci ildə Krallığın İstanbuldakı Konsulluğunda tanınmış səudiyyəli jurnalist Camal Qaşıqçının öldürülməsindən sonra ölkələrarası əlaqələrin bərpasına işarə edir.