Putinlə Pezeşkianın görüşü başladı

Putinlə Pezeşkianın görüşü başladı
SİYASƏT 11 Oktyabr 2024 13:46

Rusiya və İran Prezidentləri Vladimir Putinlə Məsud Pezeşkian arasında görüş başlayıb.

Sitat.info  xəbər verir ki, görüş Türkmənistanın paytaxtı Aşqabadda keçirilir.

Putinlə Pezeşkianın ikitərəfli məsələlər, eləcə də Yaxın Şərqdəki vəziyyət ətrafında fikir mübadiləsi aparacağı gözlənilir. 

Bu, iki ölkə liderinin ilk görüşüdür.