İranda əfqanlara qarşı daha bir qadağa tətbiq edildi

İranda əfqanlara qarşı daha bir qadağa tətbiq edildi
Gündəm 10 Oktyabr 2024 18:20

İranda yaşayan əfqan qaçqınlara qarşı daha bir qadağa tətbiq edilib.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Məlumata görə, bundan sonra ölkənin qida istehsalı müəssisələrində əfqan qaçqınların işə götürülməsi qadağan edilib.

Tehran əyalətinin baş müfəttişi Afşin Söhrabxan da faktı təsdiqləyib.

O, bildirib ki, bundan sonra İranda hətta qanuni yaşamaq icazəsi olan əfqanların da qida sənayesi müəssisələrində işə götürülməsi qanunsuz hesab ediləcək.