Metronun "28 May" stansiyasının qarşısında Sıxlıq

Metronun \"28 May\" stansiyasının qarşısında Sıxlıq
Gündəm 09 Oktyabr 2024 19:13

Bakı Dəmiryol Vağzalı və metronun "28 May" stansiyasının qarşısında sıxlıq yaşanıb.

Sitat.info Oxu.Az-a əsasən xəbər verir ki, ətraf ərazidə gedən təmir-bərpa işlərinə görə, bu yoldan istifadə edən vətəndaşlar günün müxtəlif saatlarında sıxlıqla qarşılaşırlar.

Şikayətçilər bildirirlər ki, 1-2 dəqiqəlik yolu ən tez 15 dəqiqəyə gedirlər. Bu, xüsusilə qatarlara vaxtında minə bilməmələrinə səbəb olur. Onlar metroya daxil olmaqda və nəqliyyat vasitələrinə minməkdə çətinlik çəkirlər.