Pakistan Futbol Federasiyası Rusiya ilə yoldaşlıq oyunu keçirməkdən imtina edib

Pakistan Futbol Federasiyası Rusiya ilə yoldaşlıq oyunu keçirməkdən imtina edib
İdman 05 Oktyabr 2024 19:30

Pakistan Futbol Federasiyası Rusiya tərəfinin yoldaşlıq oyunu təklifindən imtina edib.

Sitat.info bu barədə "Geo TV"yə istinadən xəbər verib.

Rusiya tərəfi oyunu oktyabrın 11-də keçirməyi və qarşılaşmanın bütün xərclərini öz üzərinə götürməyi təklif edib.

Lakin Pakistan oyuna hazırlaşmaq üçün vaxtın az olduğunu əsas gətirərək oyundan imtina edib.