Merihin heykəli ucaldıldı

Merihin heykəli ucaldıldı
MƏDƏNİYYƏT 05 Oktyabr 2024 18:54

Avropa Çempionatının 1/8 final mərhələsində Avstriya ilə oyunda 2 qol vurduqdan sonra “Bozqurd” işarəsi göstərdiyi üçün cəzalandırılan Türkiyə millisinin futbolçusu Merih Dəmiralın heykəli Bolu şəhərinin Qaraçayır məhəlləsində ucaldılıb.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, açılış mərasiminə Bolu bələdiyyə başçısı Tanju Özcan və şəhər sakinləri qatılıb.