Baş nazir “Azərenerji”nin prezidentinə şiddətli töhmət verdi - VİDEO

Baş nazir “Azərenerji”nin prezidentinə şiddətli töhmət verdi - VİDEO
HADİSƏ 07 Oktyabr 2024 14:27

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Balababa Hüseynağa oğlu Rzayevə şiddətli töhmət elan edilib.

Sitat.info xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq sərəncam imzalayıb.

Sərəncamla 2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadənin istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etdiyinə görə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Balababa Hüseynağa oğlu Rzayevə şiddətli töhmət elan edilib.