Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib
Sabir Kamal oğlu Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib.
Sitat.info xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Sabir Kamal oğlu Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, Sabir Hacıyev Milli Məclisin deputatıdır.