İsrail "İzzəddin əl-Qəssam Briqadaları"ının komandirlərindən birini öldürüb

İsrail \"İzzəddin əl-Qəssam Briqadaları\"ının komandirlərindən birini öldürüb
Gündəm 05 Oktyabr 2024 12:53

HƏMAS hərəkatının liderlərindən biri İsrail ordusunun endirdiyi aviazərbə nəticəsində öldürülüb.

Sitat.info bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir.

Qeyd olunur ki, öldürülən şəxs HƏMAS hərəkatının hərbi qanadı "İzzəddin əl-Qəssam Briqadaları" qruplaşmasının komandiri Zahi Yaser Aufidir.

Onun Tülkərm əyalətində öldürüldüyü bildirilir. Aviazərbə nəticəsində Zahi Yaser Aufin ailə üzvləri də həyatını itirib.