Cəbrayılda Şəhər Günü - Fotolar
Bildiyimiz kimi, bu gün Cəbrayıl Şəhəri Günüdür.
Tədbirdə mədəniyyət naziri Adil Kərimli, Prezidentin Qubadlı, Cəbrayıl və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev, ziyalılar, incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, Cəbrayıl sakinləri iştirak ediblər.
Şəhər sakinləri və qonaqlar konsertdən öncə Cəbrayılın qədim və müasir tarixinə, mədəni irsinə əsaslanaraq təşkil edilmiş sərgi ilə tanış olublar. Burada azyaşlıların növbənöv əl işləri, xalça toxuma sənəti, boyama və s. kimi müxtəlif incəsənət nümunələri nümayiş etdirilib.