Azərbaycanın aldığı yeni qırıcıların üstünlükləri nələrdir? - Fotolar

Azərbaycanın aldığı yeni qırıcıların üstünlükləri nələrdir? - Fotolar
Gündəm 25 Sentyabr 2024 14:44

Xəbər verdiyimiz kimi, bu gün Heydər Əliyev Beynəlxalq Aeroportunda Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müasir, yüngül çəkili, istənilən hava şəraitinə uyğun, gündüz və gecə rejimli çoxməqsədli JF-17C (Block-III) təyyarələri təqdim olunub.

Sitat.info-nun məlumatına görə, bu təyyarələr Pakistan Aviasiya Kompleksi və Chengdu Çin Aviasiya Korporasiyasının birgə layihəsi olaraq istehsal edilib.

JF-17C (Block-III) birmühərrikli və çoxməqsədli döyüş təyyarəsidir.

Bu təyyarələr hava-hava və hava-yer döyüş qabiliyyətinə, eləcə də orta və aşağı hündürlüklərdə yüksək döyüş manevrinə malikdir, effektiv atəş gücünə görə seçilir.