Vəziyyət təhlükəlidir, Moskva bundan narahatdır - Peskov

Vəziyyət təhlükəlidir, Moskva bundan narahatdır - Peskov
SİYASƏT 24 Sentyabr 2024 17:27

İsraillə Livan arasında vəziyyət son dərəcə təhlükəlidir və biz bundan narahatıq.

Si xəbər verir ki, bu fikirləri Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, hazırda Yaxın Şərqdə hər hansı bir həllin mümkünlüyündən danışmaq çətindir:

“Sülh yolu ölkələrin birinin monopoliyasındadır və hələlik heç bir uğuru qeyd etmək olmaz. Hazırda heç bir ehtimal müəyyən edə bilmirik. Bu, vəziyyəti potensial olaraq daha təhlükəli edir".