Zelenski BMT-də ikitərəfli görüşlər keçirir: Ukraynaya dəstəyi artırmaq üçün...
Birləşmiş Millətlər Təşkilatında dünya rəsmiləri ilə görüş üçün Nyu- Yorkda olan Ukrayna prezidenti Vladimir Zelenski bazar ertəsi Almaniya, Hindistan və Yaponiya liderləri ilə danışıqlar apararaq Kiyevin müharibə səylərinə dəstəyi gücləndirməyə çalışıb.
"Biz ədalətli sülhü necə yaxınlaşdıracağımız barədə danışdıq. Əsas odur ki, birliyi qoruyub saxlayaq” - deyə Zelenski qeyd edib. Almaniya Kiyevin Rusiyaya qarşı müdafiə mübarizəsində ən mühüm dəstəkçilərindən biri olub.
Qeyd edək ki, BMT Baş Assambleyasının sessiyalarından sonra Zelenski həftənin sonunda Vaşinqtona səfər edərək “qələbə planını” təqdim etməli və noyabrın 5-də ABŞ seçkilərində kimin qalib gəlməsindən asılı olmayaraq Ağ Evin müharibə ilə bağlı siyasətinə təsir göstərməlidir.
Məğrur,
Sitat.info