Ərdoğan açıqladı: Əsədlə görüşməyə hazıram

Ərdoğan açıqladı: Əsədlə görüşməyə hazıram
SİYASƏT 21 Sentyabr 2024 15:55

Biz Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşması naminə Bəşər Əsədlə görüş keçirmək istədiyimizi bildirdik. İndi qarşı tərəfdən müvafiq cavab gözləyirik. Müsəlman ölkələri arasında həmrəylik və birliyin yaranmasını istəyirik. Ümid edirəm ki, belə bir görüş sayəsində bu baş verəcək.

Sitat.info xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Türkiyə bu görüşə hazırdır.