XİN Azərbaycan xalqını təbrik etdi

XİN Azərbaycan xalqını təbrik etdi
SİYASƏT 20 Sentyabr 2024 08:02

20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirik! Ölkəmizin tarixinə qızıl hərflərlə yazılmış bu gündə Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.

Sitat.info xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin "X" səhifəsindəki paylaşımında yer alıb.

"Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini dərin minnətdarlıqla yad edir, qazilərimizə Allahdan şəfa diləyirik. Yaşasın Azərbaycan!", - paylaşımda deyilir.