Azər Aydəmir Arzu Əliyeva ilə fotosunu paylaşdı

Azər Aydəmir Arzu Əliyeva ilə fotosunu paylaşdı
MƏDƏNİYYƏT 18 Sentyabr 2024 20:40

Aktyor Azər Aydəmir Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva ilə fotosunu yayımlayıb. 

Aktyor A.Əliyevanın "Borc" filminin çəkiliş meydançasına gəldiyini bildirib. 

Azər birlikdə olan fotoya "Bir neçə həftədir ki, Bakıda və Hadrutda rejissor Orman Əliyevin "Borc" filminin çəkilişləri başlayıb. Bu filmin 44 günlük Vətən müharibəsi haqqında çəkilən xüsusi yanaşmalı bir film olacağı şübhəsizdir. Çəkiliş meydançasına filmin baş prodüseri Arzu Əliyeva gəlmişdi. Bu da filmə xüsusi diqqətin olmasının göstəricisidir. Mən də rollardan birinin ifaçısı kimi  filmoqrafiyamı sevənləri məyus etməyəcəyimə əminəm" sözlərini yazıb. (Axşam.az)