Şəmkirdə ağır yol qəzası olub, ölən və xəsarət alan var

Şəmkirdə ağır yol qəzası olub, ölən və xəsarət alan var
HADİSƏ 16 Sentyabr 2024 10:16

Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Sitat.info xəbər verir, minik avtomobilinin aşması nəticəsində 1966-cı il təvəllüdlü E.Həsənov aldığı xəsarətdən ölüb.

Daha bir nəfər isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.