“Lexus” sahibi motosiklet sürücüsünü belə döydü - ANBAAN VİDEO

“Lexus” sahibi motosiklet sürücüsünü belə döydü - ANBAAN VİDEO
HADİSƏ 25 Aprel 2022 22:39

Paytaxtda "Lexus" markalı avtomobilin sürücüsü motosiklet sürücüsünü döyüb.

Sfera.az xəbər verir ki, hadisə Mətbuat dairəsində qeydə alınıb.

Murad Salman adlı motosiklet sürücüsü ona yol verməyən "Lexus" sahibinə ani reaksiya verib.

Avtomobildən düşən şəxs M.Salmanı təhqir edərək onu döyüb.  

Motosiklet sürücüsü bununla bağlı aidiyyatı qurumlara müraciət etdiyini bildirib.