Təbrizli tələbə Rəisiyə görə cəzalandırıldı

Təbrizli tələbə Rəisiyə görə cəzalandırıldı
Gündəm 12 Sentyabr 2024 14:34

Təbriz Universitetinin tələbəsi Sədəf Heydəri bundan əvvəl may ayının 20-də İbrahim Rəisinin helikopter qəzasında həlak olması ilə bağlı etdiyi paylaşımına görə təhsildən 2 semestr uzaqlaşdırılıb.

Sitat.info xəbər verir ki, bu barədə insan haqları fəalları məlumat yayıb.

Bununla yanaşı, xanım tələbə universitet rəhbərliyinin göstərişi ilə yataqxanadan da çıxarılıb.

Qeyd edək ki, Sədəf Əkbəri bundan əvvəl 2022-ci ilin sentyabr etirazlarında da təzyiqlərə məruz qalıb və həbs edilib.