REAL partiyasının sədri İlqar Məmmədov istefa verdi

REAL partiyasının sədri İlqar Məmmədov istefa verdi
SİYASƏT 11 Sentyabr 2024 18:43

REAL Partiyasının sədri İlqar Məmmədov sədrlikdən istefa verdiyini açıqlayıb.

Sitat.info xəbər verir ki, istefanın səbəbi kimi aşağıdakı arqumentlər göstərilib.

Onun sosial mediadakı qısa açıqlamasını təqdim edirik: 

"MSK bu gün təqdim etdiyim əsas arqumentləri və sübutları kənara qoyaraq, dairə üzrə seçkilərin nəticələrinin ləğvinə dair şikayətimi rədd etdi. Nəticə etibarı ilə ötən il söz verdiyim kimi, REAL Partiyasının lideri vəzifəsindən istefa verdim. Konstitusiya Məhkəməsinin seçkilərin nəticələrinə dair qərarından sonra Siyasi Komitə REAL partiyasına yeni rəhbər seçəcək".

İ.Məmmədov vurğulayıb ki, bu barədə yeni rəhbər seçilən ərəfədə yekun video müraciətim də olacaq".

Nərgiz,

Sitat.info