ABŞ-da təyyarə qəzası: 4 nəfər öldü

ABŞ-da təyyarə qəzası: 4 nəfər öldü
Gündəm 10 Sentyabr 2024 13:15

ABŞ-ın Vermont ştatında kiçik təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfərin ölüb. 

Sitat.info xəbər verir ki, Vermont əyalət polisindən verilən açıqlamada, Konnektikut  hava limanından havaya qalxan 4 nəfərlik kiçik təyyarə təxminən 2 saat davam edən uçuşdan sonra Vermonta çatıb. Daha sonra həmin 4 nəfər Konnektikut ştatına qayıtmaq üçün yola düşüb. Polisə qəza ilə bağlı heç bir məlumat verilməsə də,  təyyarədəkilərin yaxınları təyyarənin geri dönmədiyini bildirib.

Axtarışlar  nəticəsində təyyarənin qalıqlarının tapılıb, təyyarədə olan 4 nəfərin həyatını itirdiyi məlum olub.

ABC News-un məlumatına görə, Konnektikut ştatında bir məktəbin aviasiya müəllimi və onun şagirdi də təyyarədəki insanlar arasında olub.

Federal Aviasiya Administrasiyası və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası məsələ ilə bağlı araşdırmaya başlayıb.

Nigar,

Sitat.info