İranın Rusiyaya raket göndərdiyi doğrudurmu: Peskovun qeyri-müəyyən CAVABI
Peskov İranın raket tədarükü ilə bağlı xəbərlərə münasibət bildirib.
“Biz bu xəbəri gördük. Bu cür məlumatlar hər dəfə reallığa uyğun gəlmir. İran bizim mühüm tərəfdaşımızdır. Biz ticari-iqtisadi əlaqələri inkişaf etdiririk. Biz bütün mümkün sahələrdə, o cümlədən ən həssas sahələrdə əməkdaşlığımızı və dialoqumuzu inkişaf etdiririk. Və biz bunu ölkələrimizin xalqlarının maraqları naminə davam etdirəcəyik”, - deyə Peskov brifinqdə bildirib.
Məğrur,
Sitat.info