Bu bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq

Bu bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Gündəm 09 Sentyabr 2024 09:31

Sentyabrın 9-u gündüz və 10-da bölgələrdə küləkli hava şəraiti gözlənilir.

Sitat.info xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq yayıb.

Sarı xəbərdarlığa uyğun olaraq Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qobustanda fasilələrlə şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.