Zəngəzur dəhlizi: Rusiya-İran əlaqələri pozulacaqmı?

Zəngəzur dəhlizi: Rusiya-İran əlaqələri pozulacaqmı?
TƏHLİL 07 Sentyabr 2024 09:01

Tehran Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyindən narazı qalsa da, buna görə Kremllə əməkdaşlığa xələl gətirməyəcək.

Sitat.info xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

“İran Rusiyaya pilotsuz uçuş aparatları satmaqla yanaşı qonşusuna ballistik raketlər verməyə hazırlaşır. İran Rusiya ilə birgə hərbi təlimlərdən də imtina etməyəcək”, - deyə o bildirib.

Qeyd edək ki, İranın Ermənistandakı səfiri Mehdi Sübhani üçüncü ölkə nümayəndələrinin Zəngəzurda kommunikasiyalara nəzarət etməsinin əleyhinə olduqlarını açıqlamışdı.

Sitat.info

Digər XƏBƏRLƏR