TƏCİLİ! Naxçıvanda mövqelərimiz ATƏŞƏ TUTULDU

TƏCİLİ! Naxçıvanda mövqelərimiz ATƏŞƏ TUTULDU
Gündəm 04 Sentyabr 2024 21:09

Azərbaycan ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub.

Bu barədə Sitat.info-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 4-ü saat 19:35 radələrində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atıcı silahlardan atəşə tutulub.

"Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb", - məlumatda vurğulanıb.