Mehriban Əliyeva Paralimpiya çempionumuz Lamiyə Vəliyevanı təbrik edib

Mehriban Əliyeva Paralimpiya çempionumuz Lamiyə Vəliyevanı təbrik edib
Gündəm 04 Sentyabr 2024 01:00

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan paraatleti Lamiyə Vəliyevanın “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanması ilə bağlı paylaşım edib.

"Stat.info" paylaşımı təqdim edir:

“Ura! Növbəti qələbəmiz! Dördqat dünya çempionu Lamiyə Vəliyeva “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazandı! İdmançımızı səmimi-qəlbdən təbrik edirəm! Azərbaycan azarkeşlərinə bəxş etdikləri sevincə görə bütün qaliblərə təşəkkürümü bildirirəm!”.