Rusiyada helikopter qəzasında ölənlərin hamısının meyiti tapıldı

Rusiyada helikopter qəzasında ölənlərin hamısının meyiti tapıldı
HADİSƏ 02 Sentyabr 2024 11:19

Rusiyanın Kamçatka diyarında qəzaya uğrayan “Mi-8” helikopterində həlak olanların hamısının meyiti tapılıb.

Sitat.info TASS-a istinadən xəbər verir ki, bu barədə Kamçatka diyarının fövqəladə hallar naziri Sergey Lebedev məlumat verib.

O, qeyd edib ki, ölənlərin meyitləri aşkar edilərək məhkəmə-tibbi ekspertiza orqanlarına təhvil verilib. Axtarış-xilasetmə əməliyyatı başa çatıb.