Tətil başlayır: 4 gün iş olmayacaq

Tətil başlayır: 4 gün iş olmayacaq
Gündəm 25 Aprel 2022 12:31

Bu həftəsonundan etibarən Azərbaycanda bayram tətili başlayır.

Sitat.info xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, mayın 2-si və 3-ü Ramazan bayramı kimi qeyd ediləcək.

Bayram günləri həftənin bazar ertəsi və çərşənbə axşamına düşdüyündən, növbəti iş günü çərşənbə günündən başlayacaq.

/Axar.az