"Ukrayna Kursk AES-a kasetli bomba atıb" - Rusiyadan HƏYƏCAN siqnalı
Rusiya Federal Milli Qvardiya Xidməti (Rosqvardiya) Ukrayna ordusunun atdığı ABŞ istehsalı kaset bombasının Kursk Atom Elektrik Stansiyasının yaxınlığında məhv edildiyini bildirib.
Açıqlamada bombanın ABŞ istehsalı olan HIMARS sistemindən atıldığının müəyyən edildiyi və Rosqvardiya qrupları bombanı nəzarətli şəkildə məhv edib.
Avqustun 6-da Ukrayna ordusunun başlatdığı hücumlardan sonra Rusiyanın Kursk vilayətində şiddətli qarşıdurma baş verib.
Rusiya prezidenti Vladimir Putin avqustun 22-də verdiyi açıqlamada Ukraynanın Kursk AES-ə hücuma cəhd etdiyini bildirib.
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) prezidenti Rafael Mariano Qrossi dünən bölgəyə səfəri zamanı “Kursk bölgəsində nüvə insidentinin baş verməsi təhlükəsi var” deyib.
Nərgiz,
Sitat.info