“Durovun həbsinin arxasında ABŞ dayanır”

“Durovun həbsinin arxasında ABŞ dayanır”
SİYASƏT 27 Avqust 2024 10:22

“Əslində, teleqramın qurucusu Pavel Durovun həbsinin arxasında Vaşinqton dayanır”.

Sitat.info  xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib. 

Onun sözlərinə görə, teleqram ABŞ-nin təsir etmədiyi az sayda platformalardan biridir.

O bildirib ki, prezident seçkiləri ərəfəsində ABŞ-nin hazırkı administrasiyasına teleqramı öz nəzarəti altına almaq vacibdir. 

Volodin əlavə edib ki, sosial şəbəkələrdə izləmə və senzura Vaşinqtonun idarəetmə və təsir üçün ənənəvi vasitələridir.