Heydər Əliyev Fondu Gəncə və Şəkidə uşaqlar üçün tədbir təşkil etdi - Fotolar

Heydər Əliyev Fondu Gəncə və Şəkidə uşaqlar üçün tədbir təşkil etdi - Fotolar
MƏDƏNİYYƏT 26 Avqust 2024 20:10

Avqustun 26-da Heydər Əliyev Fondu xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün şənlik keçirib.

Əyləncə tədbirlərindən biri Gəncədəki 4 saylı Uşaq evi sosial xidmət müəssisəsində keçirilib.

Şənlikdə  DJ-lərin, animatorların iştirakı ilə müxtəlif əyləncə və şou proqramlar təqdim edilib, maraqlı müsabiqələr, idman estafetləri və oyunlar keçirilib.