8 Noyabr prospektində hərəkət tam məhdudlaşdırılır

8 Noyabr prospektində hərəkət tam məhdudlaşdırılır
SOSİAL 23 Avqust 2024 16:30

Sabah (24 avqust) saat 06:00-dan etibarən Bakı şəhəri, 8 Noyabr prospektində (Zığ dairəsindən Ramiz Quliyev küçəsinə qədər olan hissədə) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Sitat.info xəbər verir ki, sürücülərdən qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.