Ağsuda narkokuryerlik edən şəxs saxlanılıb

Ağsuda narkokuryerlik edən şəxs saxlanılıb
KRİMİNAL 23 Avqust 2024 09:40

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 54 yaşlı Təranə Məmmədova saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunda Sitat.info-ya  verilən məlumata görə, ondan 3 kiloqram 500 qram marixuana və heroin aşkar olunub.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə T.Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.