İsrail silah anbarını vurdu

İsrail silah anbarını vurdu
Gündəm 22 Avqust 2024 13:18

İsrail ordusu Qəzza şəhərində məktəb yaxınlığındakı silah anbarını vurduğunu iddia edib.

Sitat.info bu barədə xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə, İsrail ordusu son gündə 50 döyüşçünü öldürdüyünü və Qəzzada geniş hərbi infrastrukturu məhv etdiyini iddia edir.

Hərbçilərin sözlərinə görə, hədəflərdən biri Qəzza şəhərinin Salah əl-Din məktəbinin yanında yerləşdiyi iddia edilən silah anbarıdır.