Zaqatala sakini Göyçayda güllələnərək öldürüldü - FOTO

Zaqatala sakini Göyçayda güllələnərək öldürüldü - FOTO
KRİMİNAL 21 Avqust 2024 10:59

Göyçayda avtomobilində meyiti tapılan şəxsin Zaqataladan olduğu məlum olub. 

Qətlə yetirilən, 37 yaşlı Ramin Malxasov Zaqatalanın Yuxarı Tala kənd sakinidir. 

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

***

Avqustun 20-də saat 16 radələrində Göyçay rayonunda avtomobildə üzərində xəsarət olan meyit aşkarlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin regional qrupundan bildirilib ki, araşdırmalarla həmin şəxsin 37 yaşlı Ramin Malxasov olduğu müəyyən edilib.

Hadisə ilə bağlı araşdırmalar aparılır./Lent.az/