Müdafiə Nazirliyi erməni təxribatı ilə bağlı TƏCİLİ məlumat yaydı

Müdafiə Nazirliyi erməni təxribatı ilə bağlı TƏCİLİ məlumat yaydı
SİYASƏT 19 Avqust 2024 12:09

Avqustun 19-da saat 09:50 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Gorus rayonunun Brun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun üzbəüz mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.

Bu barədə Sitat.info-ya Müdafiə Nazilriyindən məlumat verilib.

"Bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan pilotsuz uçuş aparatının fəaliyyətinə xüsusi texniki vasitələrlə müdaxilə edilib və ərazidən uzaqlaşdırılıb", - deyə məlumatda qeyd edilib.