"ABŞ vasitəçi deyil, bu cinayətdə İsrailin şərikidir" - İrandan Doha görüşünə REAKSİYA

\"ABŞ vasitəçi deyil, bu cinayətdə İsrailin şərikidir\" - İrandan Doha görüşünə REAKSİYA
SİYASƏT 17 Avqust 2024 11:47

"ABŞ vasitəçi deyil, bu müharibə cinayətlərində İsrailin şərikidir". 

Sitat.info xəbər verir ki, bu sözləri İran xarici işlər nazirinin müavini Əli Baqeri deyib.

O bildirib ki, ABŞ-ı Qəzzadakı atəşkəs danışıqlarında vasitəçi deyil, İsrailə döyüş silahları verən “cinayət şəriki” hesab edirlər. 

 Dohada keçirilən danışıqların gedişi ilə bağlı Qətər naziri ilə fikir mübadiləsi apardığını bildirən Baqiri, ABŞ ilə İsrail arasında danışıqlar masası arxasında səmimi olmadığını və  saxtakarlıq etidiyinə diqqət çəkib.

Nigar,

Sitat.info