Qəzza danışıqlarında yenilik- Ortaq məxrəcə gəlinir

Qəzza danışıqlarında yenilik- Ortaq məxrəcə gəlinir
SİYASƏT 16 Avqust 2024 11:18

Qəzza zolağında atəşkəs rejiminin tətbiqi və girovların azad edilməsi ilə bağlı Dohada keçirilən məsləhətləşmələrin iştirakçıları danışıqların ilk günündə irəliləyiş əldə ediblər.

Sitat.info TRThaber-ə istinadən xəbər verir ki, məlumatı İsrail mənbələri yayıb. 

Danışıqların yaxşı getdiyi bildirilsə də, ətraflı məlumat açıqlanmayıb. 

Qeyd edək ki, ötən gün Qətərin paytaxtı Dohada Misir, Qətər, ABŞ və İsrail nümayəndələrinin iştirakı ilə Qəzza zolağında atəşkəs rejiminin tətbiqi və girovların azad edilməsi ilə bağlı məsləhətləşmələr başlayıb.