Ayfon-16 təqdim olunmayıb, artıq “17” hazırlanır

Ayfon-16 təqdim olunmayıb, artıq “17” hazırlanır
Gündəm 13 Avqust 2024 15:20

Ayfon-16-nın buraxılışına cəmi bir neçə həftə qalmış Əpl artıq 2025-ci ildə yeni Ayfonu buraxmaq imkanını nəzərdən keçirir. 

Sitat.info xəbər verir ki, bu barədə “Blumberq”in jurnalisti Mark Qurman məlumat yayıb.

Onun sözlərinə görə, yeni model “Ayfon 17 Air” adını alacaq və beləliklə məşhur “Plus”u əvəz edəcək.

“Ayfon-17 Air” standart Ayfon-17 ilə “Ayfon-17 Pro”nun arasında yer alacaq. Yeni versiyanın əvvəlki ayfonlardan daha nazik olacağı bildirilir.