İsrail Hizbullaha yenidən zərbə endirdi

İsrail Hizbullaha yenidən zərbə endirdi
SİYASƏT 13 Avqust 2024 10:29

İsrail aviasiyası Livanın cənubundakı Hizbullah hərbi obyektlərinə zərbələr endirib.

Sitat.info xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

“İsrail Hərbi Hava Qüvvələri Kfarkela, Marvahin və Meys əl-Cəbəl bölgələrində Hizbullahın hərbi obyektlərinə zərbələr endirib”, - məlumatda bildirilib.