Şirvanda binanın qarşısında ana və övladının meyiti aşkarlanıb

Şirvanda binanın qarşısında ana və övladının meyiti aşkarlanıb
KRİMİNAL 03 Avqust 2024 10:50

Şirvanda yaşayış binasının qarşısında ana və övladının meyiti aşkarlanıb.

Sitat.info xəbər verir ki,  hadisə Şirvan şəhərində qeydə alınıb.

İlkin məlumata görə, hələlik şəxsiyyəti məlum olmayan ana və övladının cansız bədəni yaşayış binasının qarşısında aşkarlanıb.

Onların hansı səbəbdən öldüyü hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.