Külək güclənəcək - sarı xəbərdarlıq verildi

Külək güclənəcək - sarı xəbərdarlıq verildi
Gündəm 01 Avqust 2024 16:19

Avqustun 2-3-də qısa müddətə bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq verilib.

Sitat.info xəbər verir ki, bununla bağlı xidmət məlumat yayıb.

Sarı xəbərdarlığa uyğun olaraq Culfa, Ordubad, Şabran, Xaçmaz, Qobustan, Gəncə, Goranboy, Naftalan, Daşkəsən, Şirvan, Neftçala, Salyan, Biləsuvar, Cəlilabadda qərb küləyi arabir 13.9-20.7 m/san təşkil edəcək.