Pezeşkianın etimadnaməsi təsdiq olundu

Pezeşkianın etimadnaməsi təsdiq olundu
Gündəm 24 İyul 2024 18:09

Konstitusiyaya Nəzarət Şurası (Keşikçilər Şurası) İran Prezidenti Məsud Pezeşkianın etimadnaməsini imzalayaraq, İran rəhbəri Əli Xameneiyə göndərib.

Sitat.info xəbər verir ki, bu barədə Şuranın sözçüsü Hadi Təhan Nəzif məlumat yayıb.

O, iyulun 29-da Əli Xameneinin yanında prezidentin vəzifəsinə başlamasının icra mərasiminin, iyulun 30-da isə andiçmə mərasiminin keçiriləcəyini bildirib.