Tramp və Harrisin debatı bu tarixdə olacaq

Tramp və Harrisin debatı bu tarixdə olacaq
Gündəm 24 İyul 2024 17:46

ABŞ prezidentliyinə namizəd Donald Tramp ilə vitse-prezident Kamala Harris arasında debatın sentyabrın 10-u ABC telekanalında baş tutması planlaşdırılır.

Sitat.info xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.

Bildirilir ki, Tramp debatın “Foks Nyus” kanalında keçirilməsinin tərəfdarı olub. Namizəd hesab edir ki, ABC televiziyası qeyri-ciddi media orqanıdır.

Mətbuatın yazdığına görə, Tramp Harrislə debatlarını bir raundla məhdudlaşdırmayacaq.