Mingəçevirdə qaz olmayacaq

Mingəçevirdə qaz olmayacaq
Gündəm 24 İyul 2024 09:00

Mingəçevir şəhərinin bəzi ərazilərində bir neçə saatlıq qazın verilişi dayandırılacaq.

Sitat.info xəbər verir ki, bu gün saat 10:00-dan orta təzyiqli daşıyıcı qaz kəmərlərinin kipliyə sınanması məqsədilə şəhərin "Az.İES", Tərəvəzçilik sovxozu yaşayış maasivi, Yeni Həyat qəsəbəsində qazın təchizatında fasilə olacaq.

Qeyd edək ki, qazın verilişi görülən işlər başa çatdıqdan sonra bərpa olunacaq.