Pekindəki razılaşmanın ən qısa zamanda həyata keçiriləcəyi açıqlanıb

Pekindəki razılaşmanın ən qısa zamanda həyata keçiriləcəyi açıqlanıb
Dünya 23 İyul 2024 22:15

Fələstin Milli Təşəbbüs Hərəkatının baş katibi Mustafa əl-Bərqusi, Fələstinli qrupların Çinin paytaxtı Pekində əldə olunan barışıq razılaşmasını ən qısa zamanda həyata keçirməyə başlayacağını bildirib.

Sitat.info xəbər verir ki, Bərqusi açıqlamasında, fələstinli qrupların iyulun 21 və 22-də Çinin paytaxtı Pekində keçirdiyi görüşlə bağlı qiymətləndirmələr edib.

Pekin razılaşmasının nəticələri ilə bağlı nikbinliyini ifadə edən Bərqusi deyib: "Fələstinli qruplar dərhal əməli addımlarla barışıq razılaşmasını həyata keçirməyə başlayacaqlar".

Kənan Yusif 

Sitat.info