Azərbaycanın məşhur müğənnisi vəfat etdi - FOTO

Azərbaycanın məşhur müğənnisi vəfat etdi - FOTO
Gündəm 22 Aprel 2022 14:20

Azərbaycanlı xanəndə, bəstəkar Oqtay Hacıyev vəfat edib.


Sitat.info xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə paylaşılıb. 

Bəstəkar 71 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Hacıyev Oqtay Abuzər oğlu 1951-ci ildə Şəmkirin Zəyəm-Cırdaxan kəndində anadan olub.

O, Xan Şuşinskinin sonuncu tələbəsi idi. Mərhum xanəndə eyni zamanda məşhur "Neyçün bəs” mahnısının müəllifidir. Sözügedən mahnını ilk dəfə 1979-cu ildə Xalq artisti Arif Babayev efirdə səsləndirib.

 

/Oxu24.com