Goranboyda avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Goranboyda avtomobilin vurduğu piyada xəstəxanada ölüb
HADİSƏ 17 İyul 2024 21:14

Goranboyda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxs xəstəxanada dünyasını dəyişib.

“Report”un Qərb bürosunun məlumatına görə, Goranboy rayon Veyisli kəndində avtomobilin vurduğu 40 yaşlı Əhməd Ərəbov Gəncə şəhərində müalicə aldığı özəl xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.