İsa Qəmbər və Arif Hacılı seçki ilə bağlı qərar verdilər

İsa Qəmbər və Arif Hacılı seçki ilə bağlı qərar verdilər
SİYASƏT 17 İyul 2024 16:30

Müsavat Partiyasının başqanı İsa Qəmbər sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.

Bu barədə İsa Qəmbər özü məlumat verib.

“Müsavat Partiyası növbədənkənar parlament seçkilərində iştirak üçün namizədlərin irəli sürülməsini, əsasən, yekunlaşdırıb. Artıq 34 namizədimiz var. Mən bu dəfə namizədliyimi irəli sürməyəcəyəm, Müsavat Partiyasının seçkilərdə iştirakına ümumi rəhbərlik edəcəyəm və namizədlərimizə dəstək verəcəm”, - deyə o bildirib.

Müsavat Məclisinin sədri Arif Hacılı da seçkilərdə deputatlığa namizədliyini verməyəcək.