Ukraynada Azərbaycan vətəndaşı olan idmançı itkin düşüb

Ukraynada Azərbaycan vətəndaşı olan idmançı itkin düşüb
Gündəm 22 Aprel 2022 13:25

Ukraynanın paytaxt Kiyevdə Azərbaycan vətəndaşı Əli Vaqif oğlu Hüseynov itkin düşüb.

Report-un Şərqi Avropa bürosunun məlumatına görə, Nikolayev şəhərində yaşayan həmvətənimiz bir müddət əvvəl Kiyevə gəlib və aprelin 18-dən etibarən onunla əlaqə kəsilib.

Nikolayevin azərbaycanlı polisi Turan Fikrət "Report"a bildirib ki, Ə.Hüseynov sonuncu dəfə Kiyevin Trayeşina rayonunda, "Çerniqovskaya" metrosu istiqamətində gedib və bundan sonra ondan xəbər alınmayıb.

Qeyd edək ki, Ə.Hüseynov Ukraynada tanınmış idmançı kimi MMA növü üzrə bir sıra turnirlərin qalibi olub.